Gürcüstan, Qazaxıstan və Azərbaycan Transxəzər (Orta) nəqliyyat dəhlizinin inkişafı üzrə beşillik yol xəritəsi haqqında razılığa gəliblər. TASS xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə Qazaxıstanın baş naziri Əlixan Smailovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Bizim Orta Dəhlizin inkişafı üzrə konkret yol xəritəmiz var, biz bunu Qazaxıstanla artıq razılaşdırmışıq. Bu, təxminən beş illik bir proqramdır. 2027-ci ilə qədər biz dəqiq bilirik ki, Gürcüstan, Azərbaycan və Qazaxıstan nə etməlidir”, – deyə Qaribaşvili bildirib.
“Üç dövlət bütün maneələri aradan qaldırmağa və Orta Asiya ölkələri, Çin və ümumilikdə Asiya ölkələri də daxil olmaqla, Orta Dəhlizi daha cəlbedici etmək üçün bu dəhlizdən daha çox yükün keçməsini təmin etmək üçün çalışır”, - deyə Gürcüstanın baş naziri yekunlaşdırıb.