İyunun 22-də saat 12:50-dən 22:45-dək Azərbaycan silahlı qüvvələri təmas xəttinin Askeran, Martuni və Martakert rayonları istiqamətində atıcı silahlardan istifadə etməklə atəşkəs rejimini pozub. Bu barədə Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Daha əvvəl xəbər verdiyimiz kimi, atəşkəs rejiminin pozulması nəticəsində MO müqaviləli əsgəri Mher Hakobyan güllə yarası alıb.
Müdafiə Ordusu tərəfindən guya aparılan mühəndis-texniki işlərin pozulması ilə bağlı növbəti yalan məlumat yayıldıqdan sonra iyunun 22-də saat 13:40-dan 14:20-dək Azərbaycan tərəfi Çartar ərazisində kənd təsərrüfatı işləri aparan traktora atəş açıb.
Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib.
İyunun 23-ü saat 09:30-a olan məlumata görə, təmas xəttində vəziyyət nisbətən sabitdir”, - Artsax Müdafiə Nazirliyi bildirir.