Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir. Bu barədə “Turan” Agentliyi məlumat yayıb.
İyunun 22-də səhər jurnalistlər Nərgiz Absalamova, Nigar Mübariz və Elsevər Muradzadəni Gədəbəy rayonun Söyüdlü kəndinə polislər buraxmayıblar:
"Alternativ yollarla kəndə girmişdik. Bir az öncə Gədəbəy rayonunun polis tərəfindən zorla Gədəbəydən çıxarıldıq. Nərgiz ilə Nigarın telefonu əlindən alındı və fiziki zorakılığa məruz qaldılar. Polis rəisi bildirdi ki, ancaq icazəli media kənddə qala bilər",-Elsevər Muradzadə bildirib.