ER XİN sözçüsü medianın sorğusuna cavab olaraq, iyunun 15-də Hakari körpüsü yaxınlığında baş verən insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin iyunun 21-də verdiyi açıqlamalarına toxunub.
“İyunun 15-də baş verən hadisə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin qeyd etdiyi kimi Laçın dəhlizində deyil, Ermənistan Respublikasının suveren ərazisində, Hakari körpüsünün Ermənistan tərəfində baş verib.
Rusiya tərəfinin şərhində açıq-aşkar ziddiyyət var. Əgər Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən edilməməsi səbəbindən sərhəd xəttinin dəqiq haradan keçdiyini söyləmək mümkün deyilsə və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin iddia etdiyi kimi, bu, davam edən problemlərin səbəbidirsə, onda sual yaranır ki, 15 iyundə hansı əsasla və prinsip əsasında Ermənistanla Azərbaycan sərhədinin bu hissəsində, körpünün bu tərəfində Azərbaycan bayrağı qoyulub.
Qeyd edək ki, eyni tezis Azərbaycan tərəfi tərəfindən də Ermənistan Respublikasının sərhədlərinə qarşı təcavüzkar hərəkətlər həyata keçirərkən və Ermənistan Respublikasının suveren ərazisinə daxil olarkən mütəmadi olaraq sözbəsöz təkrarlanır.
Rusiya sülhməramlılarının Azərbaycanın həmin əməliyyatında niyə iştirak etdiyi aydın deyil, çünki əməliyyatın həm məqsədi, həm də yeri sülhməramlıların məsuliyyəti çərçivəsindən kənarda idi.
Xatırladırıq ki, Rusiya sülhməramlılarının həmin ərazidə yeganə müvafiq funksiyası Laçının 5 km enli dəhlizini nəzarətdə saxlamaq idi”.