Avropa Şurası Parlament Assambleyasında iyunun 22-də “Laçın dəhlizindən azad və təhlükəsiz keçidin təmin olunmasına” dair təcili debatların sonunda 2020-ci ilin 9 noyabrından sonra baş verən hadisələrdən dərin narahatlıq ifadə edilib.
Avropa Şurasının saytında dərc olunmuş məlumatda deyilir ki, hadisələr xüsusilə də 2022-ci ilin 12 dekabrında Laçın dəhlizi ilə keçid əngəlləndikdən sonra kulminasiya nöqtəsinə çatıb.
Qeyd edilir ki, regiona qaz və elektrikin verilməsinin bilərəkdən dayandırılması halları baş verib:
Vurğulanıb ki, “Azərbaycan rəhbərliyi hazırkı vəziyyətin yaratdığı çox ciddi humanitar və insan haqları nəticələrini qəbul etmir”.
Assambleya qeyd edir ki, Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkətin olmaması daha böyük məsələnin bir hissəsidir.
Qətnamədə Azərbaycana Bakı və Stepanakert arasında dialoq vasitəsilə Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinə təcili diqqət verilməsi üçün çağırış edilir.
Qeyd olunur ki, istənilən sülh prosesinin tətbiqi mexanizmi neytral beynəlxalq iştirak tələb edir.
Qətnamədə Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın adamların Laçın dəhlizi ilə hər iki tərəfə əngəlsiz hərəkətinin təmin etməli olduğuna dair qərarı xatırladılır və qərarın təcili icrasına çağırış edilir.
AŞPA qətnaməsində Azərbaycan rəhbərliyinin ermənilərə qarşı düşmən və hədələyici ritorikasından dərin narahatlıq ifadə olunur.
AŞPA Azərbaycanı fakttoplama missiyası və vəziyyətin yerində öyrənilməsi məqsədilə Avropa Şurası nümayəndə heyətini Laçın dəhlizinə və Dağlıq Qarabağa dəvət etməyə çağırır.