Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. Ermənistanla Azərbaycan arasında tarixi sülh sazişinin imzalanması mümkündür.
Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli özünün “Twitter” mikrobloqunda yazıb.
O, həmçinin Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib.