ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı general Daril Uilyamsın dəvəti ilə ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-mayor Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ordularının illik konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedib.
Konfransın ilk günündə general-mayor Edvard Asryanın ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil ilə qeyri-rəsmi görüşü olub.
Konfrans çərçivəsində ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin avropalı tərəfdaşlarla bir sıra digər görüşləri də nəzərdə tutulub.