ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel Ermənistan-Azərbaycan münasibətlərinə və qarşıdakı görüşlərə toxunub.
“Biz danışıqların növbəti raundunun Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik. Biz inanırıq ki, birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün əsasdır. Hesab edirik ki, gərginliyi qızışdırmağa və artırmağa yönəlmiş addımlar hazırda səmərəsizdir”,- vurğuladı.