Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti Laçın dəhlizinə aparan Hakari körpüsünə bitişik ərazidə təhlükəsizlik vəziyyətini daha yaxşı başa düşmək üçün Markus Ritterin rəhbərlik etdiyi Aİ-nin Ermənistandakı missiyasına qoşulub. Bu barədə Aİ-nin Ermənistandakı mülki missiyasının rəsmi Twitter mikrobloqunda məlumat yayılıb.
Missiyanın rəhbəri Markus Ritter vurğulayıb ki, Aİ-nin Ermənistandakı missiyası beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması və insidentlərinə cəlb etməyə çalışır.
Avropa Parlamentinin fransalı üzvü Natali Luazo öz növbəsində Aİ-nin Ermənistandakı missiyasını, eləcə də regionda sülhə nail olmaq səylərini dəstəklədiyini bildirib. O, səfərin təşkilinə görə əməyi olan bütün tərəflərə təşəkkürünü bildirib.