Dağlıq Qarabağda humanitar vəziyyət pisləşməkdə davam edir. Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də verdiyi müvəqqəti qərara baxmayaraq, Laçın dəhlizinin qanunsuz blokadası davam edir.
Bu barədə Baş nazir Nikol Paşinyan bu gün, iyunun 22-də hökumətin iclasında bildirib.
“Xatırladıram ki, məhkəmə hüquqi qüvvəyə malik qərarı ilə Azərbaycanı Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinə təminat vermək üçün bütün mümkün tədbirləri görməyə məcbur edib. Lakin məhkəmənin bu qərarı icra olunmur, Laçın dəhlizindən nə vətəndaşlar, nə nəqliyyat vasitələri, nə də yüklər keçir.
Üstəlik, Qırmızı Xaç avtomobillərinin hərəkəti də qadağan edilib. Bunlar özlüyündə Azərbaycanın Dağlıq Qarabağdakı vəziyyətdən və Laçın dəhlizindən danışan qüvvələrin və ölkələrin guya Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı arqumentlərinə zidd olan mühüm faktlardır.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsi və məhkəmənin qərarının icrasının təmin edilməsi beynəlxalq gündəm məsələsidir və problemə bu məntiqlə yanaşmaq lazımdır. Qeyd etmək lazımdır ki, bu qərarın yerinə yetirilməməsi və ona məhəl qoyulmaması humanitar böhrana gətirib çıxarıb”, - Baş nazir bildirib.
O əlavə edib ki, Dağlıq Qarabağda ermənilərin həyatını qeyri-mümkün etmək üçün hər şey edilir. Ermənistanın illərdir xəbərdarlıq etdiyi etnik təmizləmə siyasəti məhz budur.
“Bu vəziyyəti həll etməklə bağlı fikrimiz belədir. Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli hüquqi qüvvəyə malik qərarı icra edilməlidir və bu, beynəlxalq gündəm məsələsidir, o cümlədən BMT Təhlükəsizlik Şurasının məsələsidir”,- ER Baş naziri vurğuladı.