ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasının Dağlıq Qarabağ əhalisinin müdafiəsi ilə bağlı keçirilən dinləmələri zamanı komissiyanın həmsədri Kristofer Smit regionda gərgin vəziyyətin olmasından, atəşkəsdən narahatlığını bildirib. O qeyd edib ki, Azərbaycan Türkiyə hökumətinin dəstəyi ilə Dağlıq Qarabağ üzərində hərbi üstünlük əldə etməyə çalışır.
“Azərbaycan hökuməti Laçın dəhlizini bağlamaqla əldə edilmiş razılaşmaları pozub. ABŞ hökuməti Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar apardığına görə biz Konqresdə Dağlıq Qarabağ xalqının hansı təminatları ala biləcəyini soruşmağa borcluyuq. Ölkəmiz Dağlıq Qarabağda soyqırım və ya etnik təmizləmə təhlükəsi ilə barışa bilməz. ABŞ Bakını məsuliyyətə cəlb etməlidir”, - Smit bildirib.