Brifinq zamanı jurnalistin “Ermənistan ərazisindən keçən marşrutlara Ermənistan qanunvericiliyi nəzarət edəcəkmi?” sualına cavab olaraq ER baş nazirinin müavini Mher Qriqoryan qısa cavab verib: bu, qətidir.
O, “FSB niyə bu yolda duracaq?” sualına cavab olaraq qeyd etdi: “Bəs sizə kim dedi ki, FSB dayanacaq? Əvvəlcə FSB-nin tərkibinə daxil olan sərhəd qoşunları haqqında danışaq ki, 9 noyabr bəyanatının 9-cu bəndini sitat gətirsəniz, nədən danışdığımızı aydınlaşdıraq. İkincisi, hələ də funksiyanın necə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmalıdır”.
Mher Qriqoryan Azərbaycanın xarici işlər naziri Bayramovun dünən Ermənistan və Azərbaycan tərəflərinin kommunikasiyaların açılması ilə bağlı ciddi razılığa gəldiyi barədə bəyanatına da toxunub.
“Regional kommunikasiyaların açılması prosesinin Yerasx-Horadiz dəmir yolunun yenidən işə salınması ilə başlamasına dair çox mühüm konsesus var, məncə bu vacibdir, çünki söhbətin nədən getdiyini konkret və anlaşılandır, söhbət dəmir yolundan gedir.
Məncə, yekun bir anlayış var ki, tənzimləmələr dəmir yolunun keçəcəyi ölkələrin yurisdiksiyası və suverenliyi altında olmalıdır. Bu, çox mühüm və çox əsaslı razılaşmadır.
Qalan məsələlərlə bağlı təfərrüatları açıqlamayacağam, çünki hələ ki, yekun konsensus yoxdur”, - deyə Qriqoryan əlavə edib və bildirib ki, üçtərəfli platformanın bütün iştirakçıları bu fikri bölüşürlər.