Artsax Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən beynəlxalq öhdəlikləri pozaraq Laçın dəhlizinin tamamilə bloklanması ilə bağlı bəyanat yayıb.
Qeyd edilir ki, artıq 7-ci gündür ki, Azərbaycan Rusiya sülhməramlı qoşunları və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən həyata keçirilən bütün növ humanitar yüklərin, o cümlədən ərzaq və dərmanların çatdırılmasını tamamilə əngəlləyib və bununla da Artsaxın 120.000 əhalisini, o cümlədən uşaqları, qadınları və qocaları bilərəkdən minimum yaşamaq vasitələrindən məhrum etdi.
Bəyanatda bildirilir ki, bu, müharibə cinayətidir, Artsaxın tam blokadası və xarici aləmdən təcrid olunması humanitar böhranı dərinləşdirir və Azərbaycanın davam edən insanlığa qarşı cinayətlərinin soyqırım cinayətinə çevrilməsi üçün münbit zəmin hazırlayır.
“Biz beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın törətdiyi davam edən beynəlxalq cinayətlərin dayandırılması, eləcə də Artsax xalqını təhdid edən soyqırım fəlakətinin qarşısının alınması üçün zəruri kollektiv və fərdi tədbirlər görmələrini qətiyyətlə tələb edirik. Həmçinin BQXK və digər müvafiq beynəlxalq strukturların və insan hüquqları təşkilatlarının vəziyyəti düzgün və adekvat qiymətləndirməsinin və Azərbaycan hakimiyyətini Artsax xalqının humanitar yardım və beynəlxalq müdafiə almaq hüququna hörmət etməyə çağırmasının vaxtı çatıb. Biz vurğulayırıq ki, fəaliyyətsizlik və laqeydlik faktiki olaraq Azərbaycanın soyqırım hərəkətlərinə təkan verir”,- deyə bəyanatda vurğulanıb.