İyunun 21-də Syunik bölgəsinin Ümumi Yurisdiksiya Məhkəməsində Ermənistan sərhədini keçmiş Azərbaycan əsgəri Hüseyn Axundovun hökmü elan edildi. O, 20 il müddətinə azadlıqdan məhrum edildi.
H.Axundov Zangezur mis-molibden kombinatının mühafizə xidmətinin əməkdaşı, 56 yaşlı Ayrapet Meliksetyanı öldürməkdə təqsirli bilinib. Meliksetyanın ailəsi bu hökmü qəbuledilməz hesab edir və ömürlük həbs tələb edir.