“Ümumdünya Qaçqınlar Günündə biz bir daha beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın etnik təmizləmə siyasətinə yönəldirik, bunun nəticəsində minlərlə erməni Sumqayıt, Bakı, Kirovabad şəhərlərindən, eləcə də Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan ərazilərindən məcburi köçkün vəziyyətinə düşüb”.
Bunu Ermənistan XİN Twitter mikrobloqunda yazıb.
“Bu gün biz eyni zamanda Dağlıq Qarabağ xalqının mövcud ontoloji problemlərinin, o cümlədən onların hüquq və təhlükəsizlik problemlərinin, eləcə də Laçın dəhlizinin qeyri-qanuni blokadasının həlli üçün bu cür siyasətlərin qarşısının alınması üçün təsirli addımlar atmağa və fəal beynəlxalq fəaliyyətə çağırışımızı bir daha təkrar edirik”, - XİN vurğuladı.