İyunun 20-də Minskdə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko üzv dövlətlərin Xİ nazirlərini qəbul edib.
Görüş zamanı ER xarici işlər naziri Ararat Mirzoyan iştirakçılara regionda, xüsusilə Ermənistan və Azərbaycan sərhədində və Dağlıq Qarabağda baş verən son hadisələr barədə məlumat verib.
Nazir Mirzoyan Azərbaycan tərəfindən KTMT üzv dövləti olan Ermənistanın suveren ərazilərinə qarşı davam edən işğalını xatırladaraq, son günlər ER ilə sərhəddə erməni mövqeləri və mülki obyektlərinin hədələnməsini qeyd edib və əlavə edib ki, bütün bu hərəkətlər ümumi regionun sabitliyi və təhlükəsizliyinə destabilləşdirici təsir göstərir.
Nazir bu kontekstdə KTMT ünvanlı reaksiyasının vacibliyini vurğuladı.
ER XİN başçısı Dağlıq Qarabağda və DQ ətrafında yaranmış vəziyyətə, o cümlədən Rusiya sülhməramlılarının məsuliyyət zonasında Azərbaycanın törətdiyi təxribatlara, iyunun 15-də Hakari körpüsü yaxınlığında baş verən insidentə və 6 aydan çoxdur Laçın dəhlizində qeyri-qanuni şəkildə qurulmuş kəçid məntəqəsi səbəbindən yaranmış humanitar problemlərə toxunub.
Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycanın qeyd olunan hərəkətlərinin məqsədi təkcə Ermənistanın deyil, regionda sabitliyin təmin olunmasında maraqlı olan bütün tərəflərin Cənubi Qafqazda sabitliyə nail olmaq səylərinə mane olmaqdır.