KTMT üçün çətin bir dövdir, hansı ki sülhün qorunması üçün qüvvələrin, təcrübənin və resursların maksimum səfərbər edilməsini tələb edir. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT ölkələrinin xarici işlər nazirləri ilə görüşündə bildirib.
KTMT-nin fəaliyyətini dəyərləndirən Lukaşenko vurğulayıb ki, təşkilatın problemləri həll edə bilmədiyi üçün tənqid edilməsi bəzən məqsədəuyğundur.
“Məsələn, Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həllində kömək istəyir. Ermənistan əsaslı tələblər irəli sürür. Bu problemləri həll etməsək, KTMT ölkələri davamlı olaraq bir-birini tənqid edəcək, təşkilatın işindən narazılıqlarını bildirəcəklər. Ona görə də KTMT ölkələrinin problemlərini dərindən araşdırmaq və çıxış yolu axtarmaq lazımdır”, - deyə Belarus prezidenti bildirib.
Onun sözlərinə görə, KTMT "həmin mürəkkəb münaqişənin həllinə qoşulmalıdır".