Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının əsasını qoymuşuq: 2020-ci ildə noyabr ayında Rusiya Prezidentinin şəxsi müdaxiləsi ilə yekun nizamlanma prinsipləri ilə bağlı ilk üçtərəfli bəyanat imzalandı, sonra vəziyyətin tam nizamlanması üçün zəruri olan səylərin müxtəlif aspektlərinə həsr olunmuş daha bir neçə yüksək səviyyəli üçtərəfli bəyanatlar qəbul edildi. Bu, həm də Ermənistanla Azərbaycan arasında və ümumilikdə Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması haqqındadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT xarici işlər nazirinin görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Bunu Rusiya Xİ naziri Sergey Lavrov Belarusun paytaxtı Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasının yekunlarına dair jurnalistlərə müsahibəsində deyib.
Lavrovun sözlərinə görə, Rusiya beynəlxalq fiqurların Yerevan ilə Bakı arasında sülh prosesində vasitəçilik etməyə cəhdlərinə qarşı deyil.
“Təəssüf ki, ABŞ və Avropa İttifaqının hazırkı fəaliyyətində biz onu görürük ki, danışıqlar prosesinə kömək etməkdən daha çox regiona nüfuz etmək istəyirlər. Rusiyanın hüquqi maraqlarına təzyiq göstərmək istəyini görürük", - Lavrov bildirib.
Onun sözlərinə görə, Qərb NATO və Avropa İttifaqı üzvlərindən uzaq regionlara genişlənmək çalışır. Lavrov ümid etdiyini bildirib ki, Yerevanın və Bakının həmkarları “bütün bunları başa düşürlər”.