İyunun 19-da saat 11:05-dən iyunun 20-si saat 07:55-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Martun, Şuşi və Martakert rayonları istiqamətində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini pozub.
Artsaxın Müdafiə Nazirliyindən bildirilib ki, erməni tərəfinin itkisi yoxdur.
Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib. Saat 09:15-ə olan məlumata görə, təmas xəttində vəziyyət nisbətən stabildir.