“Artsax 191 gündür ki, Azərbaycan blokadasındadır və bu müddət ərzində insanların və humanitar yüklərin hərəkəti Qırmızı Xaç və sülhməramlılar tərəfindən məhdud şəkildə həyata keçirilirdi.
İndi isə 6 gündür ki, 120.000 Artsax xalqı tam təcrid və mühasirədədir, hətta Qırmızı Xaç və sülhməramlılar tərəfindən heç bir təchizat və hərəkət olmur”.
Bunu Artsax Dövlət Nazirinin müşaviri Artak Beglaryan öz Facebook səhifəsində yazır.
“Bu fotoşəkillər göstərir ki, Azərbaycanın zirehli texnikası son günlər qanunsuz keçid məntəqəsi yaxınlığında Artsax və Ermənistan arasındakı yeganə yolunu bağladı. Onların “sərbəst hərəkət” təminatı bumu? Dünyanı o qədər aldadırlar ki, blokada yoxdur.
Artsax sürətlə təhlükəsizlik və humanitar fəlakətin uçuruma düşür və bütün dövlətlər bir-birini günahlandırmaq əvəzinə, üzərlərinə düşən məsuliyyəti götürməli və gözlənilən faciənin qarşısını almalıdırlar.
Biz Ermənistandan, Rusiyadan, ABŞ-dan, Fransadan, Avropa İttifaqından, Birləşmiş Millətlər Təşkilatından və bütün digər aktorlardan ən təcili və praktiki addımları gözləyirik”, – Artak Beglaryan yazıb.