Azərbaycan nümayəndə heyətinin Laçın dəhlizi məsələsinin AŞPA-nın yay sessiyasının gündəliyinə salınmasının ləğvi ilə bağlı cəhdləri uğursuzluqla nəticələnib.
AŞPA böyük səs çoxluğu ilə bu məsələni cari sessiyanın gündəliyinə daxil edib. Bu barədə “Mülki müqavilə” fraksiyasının deputatı Vladimir Vardanyanın “Facebook” səhifəsində məlumat verilib.
“Təcili mövzunun müzakirəsi bu cümə axşamı keçiriləcək”, - deyə məlumatda qeyd edilib.