Ən böyük problem inamdır. Məhz buna görə də danışıqlar ləng gedir. Bu barədəRusiya Baş nazirinin müavini Aleksey Overçuk “TASS”-a müsahibəsində deyib.
“Bu yolla sadə insanlar - azərbaycanlılar, ermənilər, başqa ölkələrin vətəndaşları gedəcək. Onlar sərhədi keçərkən bir-biri ilə necə qarşılıqlı əlaqədə olacaqlar, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq? Bu gün bizim birlikdə cavab vermək istədiyimiz əsas sual budur. Əlbəttə, indi hamımız sərhəddə baş verənlərdən təsirlənirik. Atışma dayansaydı, həll yollarını tapmaq çox asan olardı”,- o vurğuladı.
Avrasiya Hökumətlərarası Şurası zamanı ER Baş naziri Nikol Paşinyanla görüş baş tutdu. O, üçtərəfli qrupun görüşündən sonra qalan bütün məsələlərə çox ətraflı toxunub. Çox şey dəqiqləşdirilib, lakin bəzi suallar hələ də qalır və Azərbaycan tərəfi ilə əlavə müzakirə tələb edir”, - Overçuk əlavə edib.