Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaları məsələsinə toxunub.
O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri ilə üçtərəfli işçi qrupu formatında görüş olub.
“Nəticədə hərtərəfli sənəd formalaşdırıldı. Həmin sənəddə bildirildi ki, regionda nəqliyyat əlaqələrinin blokadadan çıxarılması Yeraşx-Culfa-Meğri-Horadiz marşrutu ilə keçəcək dəmir yolunun bərpasından başlayacaqş.
Tərəflərin suverenliyinə hörmətli münasibət əsasında Azərbaycan və Ermənistan arasında sərhədin keçmə qaydasına əsas yanaşmalar müəyyən edilib. Tərəflərin heç biri bu yolun ayrı-ayrı hissələrinin ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacağına şübhə etmir. İki dövlət və xalq arasındakı münasibətləri nəzərə alaraq, bütün bunlar şərtləndirilməlidir.
Döyüşən tərəflərin danışıqlar masası arxasına əyləşərək, demək olar ki, hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra nəqliyyat əlaqələrinin bərpasından danışmağa başladığını dünyada misalını tapmaq çətindir. Vəı bizim vəziyyətimizdə hamı anlayır ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur”.