Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi gün ərzində ikinci dəfə dezinformasiya yayıb.
“Saat 14:30-dan 14:55-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin sərhəd zonasının şərq və cənub-şərq hissəsində Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun gəlmir.
Azərbaycan Müdafiə Nazirliyi növbəti təxribat üçün informasiya bazası yaradır”, - Ermənistan Müdafiə Nazirliyinin mesajında deyilir.