İyun ayı ərzində Azərbaycanın Müdafiə Nazirliyi guya Ermənistan silahlı qüvvələri tərəfindən atəş açılması ilə bağlı 19 açıqlama verib. Azərbaycan Müdafiə Nazirliyinin bütün bəyanatları yalan idi və bir məqsəd güdürdü: Ermənistanın suveren ərazisinə gündəlik təcavüz və hücumlar üçün informasiya bazası hazırlamaq. ER-in xüsusi təyinatlı səfiri Edmon Marukyan belə bir bəyanatla çıxış edib.
“İyunun 10-dan sonra bu davranış və bəyanatlar daha sərt xarakter alıb və bu, o deməkdir ki, Azərbaycan yeni təxribatlar hazırlayır. Təbii ki, Azərbaycanın bu cür davranışı davam edən sülh danışıqlarına kömək etmir və Azərbaycanın ekspansionist ambisiyalarını cilovlamaq üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməlidir”, - deyə Marukyan özünün “Twitter” mikrobloqunda yazıb.