Moskva regionda kommunikasiyaların açılması üçün hər gün Yerevan və Bakı ilə əlaqə saxlayır.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.
Overçuk qeyd edib ki, Rusiya danışıqlarda iştirak edir, həll yolları təklif edir, Azərbaycan və Ermənistanın Baş nazir müavinləri arasında ünsiyyəti və dialoq platformasını təmin edir.
“Mən heç vaxt kommunikasiyaların tam olaraq nə vaxt açılacağı barədə suallara cavab vermirəm. Tərəflər nə zaman razılaşsa, o zaman baş verəcək”, - deyə Overçuk əlavə edib.