Nikol Paşinyan bir daha təsdiqləyib ki, Ermənistan ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsipləri əsasında 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş regionun nəqliyyat və iqtisadi əlaqələrinin açılmasına hazırdır.
“Bir daha vurğulayıram ki, Ermənistan ərazisindən keçən istənilən dəhliz məntiqi qəbuledilməzdir. Bu mənada gözləyirəm ki, beynəlxalq tərəfdaşlar Azərbaycanın təxribat xarakterli sözlərdən istifadə etməkdən çəkinəcəklər”, - baş nazir bildirib.