Suriya üzrə Astana formatında danışıqların növbəti raundu 20-21 iyun tarixlərində Qazaxıstanın paytaxtında keçiriləcək.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, danışıqlarda qarant ölkələrin - Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri iştirak edəcək.
Həmçinin əlavə olunub ki, BMT, İordaniya, Livan və İraq nümayəndələrinin müşahidəçi qismində iştirakı gözlənilir.