Baş nazir Nikol Paşinyan Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinhanı qəbul edib.
Baş nazir səfiri bu vəzifəyə başlaması münasibətilə salamlayıb və onun fəal fəaliyyəti nəticəsində Ermənistan-Hindistan münasibətlərinin bundan sonra da müxtəlif istiqamətlərdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Baş nazirin sözlərinə görə, ER hökuməti Hindistanla, o cümlədən iqtisadiyyat və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsində maraqlıdır. Baş nazir eyni zamanda, Yerasxda Azərbaycan tərəfinin açdığı atəşi nəticəsində xarici sərmayə ilə tikilən metallurgiya zavodunun tikinti işlərində iştirak edən iki Hindistan vətəndaşının xəsarət alması hadisəsinə toxunub və onların tezliklə sağalmasını arzulayıb.
Səfir Nilakşi Saha Sinha Yaraşxda xəsarət alan Hindistan vətəndaşlarının sağlamlıq problemlərinə göstərilən diqqətə görə ER hökumətinə təşəkkür edib.
Həmsöhbətlər biznes əlaqələrinin genişləndirilməsi, informasiya texnologiyaları, turizm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələləri müzakirə ediblər. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və sıx əlaqələrin gücləndirilməsi vurğulanıb.