Artsaxın dövlət sistemi dünəndən tamamilə qənaət rejiminə keçib. Bunu Artsaxın dövlət naziri Qurgen Nersisyan Laçın dəhlizinin tam bağlanmasına, nəticədə dünən sülhməramlı qüvvələr tərəfindən həyata keçirilən humanitar yüklərin daşınmasının, habelə BQXK vasitəsi ilə pasyentlərin Ermənistana daşınmasının dayandırıldığına toxunaraq bildirib.
Belə vəziyyətdə Artsax hökuməti müəyyən məhdudiyyətlər tətbiq etdi.
Dövlət naziri həmçinin bildirib ki, bundan sonra ayrı-ayrı şəxslərin yanacaqla təmin olunması prosesi dayandırılıb, xidməti avtomobillərdə isə yanacaqdan istifadəni dayandırmağa və ya minimuma endirməyə çağırıb.