Avropa İttifaqının Ermənistandakı mülki missiyası 6 mərkəzlə və maksimum 103 beynəlxalq müşahidəçi ilə işləmək planı ilə bağlı ən başından tam şəffaf olub. Bu barədə missiyanın rəsmi Twitter mikrobloqunda qeyd olunub.
“Biz tezliklə bu layihənin tam funksionallığına nail olmaq niyyətindəyik. Missiyamız Ermənistan hökumətinin müraciətinə cavab olaraq işə salınmış silahsız mülki missiyadır”, - deyə yazıda qeyd olunub.