Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 20-də Minskdə KTMT xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Tədbir zamanı beynəlxalq və regional vəziyyət, onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsiri, həmçinin KTMT-nin xarici əlaqələrinin inkişafı istiqamətində gələcək addımlar barədə ətraflı fikir mübadiləsi aparılacaq”, - Zaxarova qeyd edib. .