ER Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti bildirir ki, iyunun 15-də saat 08:40 radələrində Azərbaycan Sərhəd Xidmətinin bir qrup hərbçisi Ermənistan Respublikasının ərazisində bayraq sancmaq məqsədilə Hakari körpüsü istiqamətində irəliləməyə cəhd göstərib.
Ermənistan tərəfinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan hərbçilərinin irəliləməsinin və Ermənistan Respublikası ərazisində bayraq sancmaq cəhdinin qarşısı alınıb.
Saat 10:00-a olan məlumata görə, vəziyyət nisbətən sabitdir.