İyunun 14-də Ermənistanın müdafiə naziri Suren Papikyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini Ermənistandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Tərəflər Ermənistan-İran əməkdaşlığının gedişatı və perspektivlərini müzakirə edib, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ermənistanda işlədiyi müddətdə Ermənistan-İran əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın səmərəliliyinin artırılmasına görə səfir Zohuriyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.