Laçın dəhlizi ilə sərbəst hərəkatı məsələsi sənədlə müəyyən edilib, lakin hazırda faktiki olaraq bloklanıb. Bunu Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında “Ermənistanla Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağda və Laçın dəhlizindəki vəziyyət” mövzusunda müzakirələr zamanı Avropa Parlamentinin deputatal Keren Melkior bildirdi.
Onun sözlərinə görə, dəhlizə çıxışın necə təmin edilməsini anlamaq üçün beynəlxalq müşahidə missiyasına ehtiyac var.
Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə toxunan deputat qeyd edib ki, əvvəllər də imzalanmış sənədlər pozulub vəzəmanət yoxdur ki, Azərbaycan yeni sənədləri pozmayacaq.