Cənubi Qafqazda müsbət dinamika qorunmalıdır.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.
Onun sözlərinə görə, Aİ bölgədə baş verən hadisələri yaxından izləyir: “Gərginlik dayandırılmalıdır. Ardıcıl görüşlərin müsbət tempini davam etdirmək və danışıqlar masasında regiona fayda gətirəcək nəticələr əldə etmək vacibdir”.