İyunun 13-də ER xarici işlər naziri Ararat Mirzoyan “Konrad Adenauer” fondunun “Cənubi Qafqazda siyasi dialoq” regional proqramının rəhbəri Stefan Maleriusu qəbul edib.
Tərəflər bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə ediblər. Nazir Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı son hadisələri, o cümlədən əsas məsələlərin həlli və Cənubi Qafqaz regionunda hərtərəfli və davamlı sülhün əldə edilməsi üçün Ermənistan tərəfinin mövqeyini təqdim edib.