Baş nazirin müavini Mher Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər regional vəziyyəti və kommunikasiyaların açılması istiqamətində cari inkişafları müzakirə ediblər. Xüsusilə Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili perspektivlərinə toxunulub.