Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Yerasx istiqamətində Azərbaycanın hərəkətləri ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, iyunun 13-də Azərbaycan silahlı qüvvələri növbəti dəfə güc tətbiqinə əl ataraq Ermənistan Respublikasının Yerasx yaşayış məntəqəsinin yaxınlığındakı ER Silahlı Qüvvələrinin mövqelərini və mülki obyektləri atəşə tutublar.
“Diqqətəlayiqdir ki, Azərbaycan tərəfi Yeraşxda xarici sərmayələrlə tikilən metallurgiya zavodu istiqamətində hədəfi atəşə tutub. Bundan əvvəl Azərbaycan adıçəkilən zavodun tikintisi ilə bağlı erməni tərəfinə qarşı saxta ittihamlar irəli sürüb.
Ermənistan Respublikası daha əvvəl bəyan etmişdi ki, zavodun tikintisi onun beynəlxalq öhdəliklərinə tam uyğundur və Azərbaycanın saxta narahatlığı sadəcə olaraq Ermənistanın iqtisadi inkişafına və xarici investisiyalara mane olmaq məqsədi daşıyır.
İndi tikilməkdə olan zavodu atəşə tutmaqla Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, insan haqlarına və beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirir.
Bundan başqa, Azərbaycan ardıcıl şəkildə sübut edir ki, Ermənistan Respublikası ilə bütün istiqamətlər üzrə danışıqlar prosesində o, Ermənistan Respublikasına qeyri-qanuni güc tətbiqi yolu ilə öz istədiyi həll yollarını məcbür etmək prinsipini rəhbər tutur. Beynəlxalq ictimaiyyətin yumşaq reaksiyası buna əlverişli mühit kimi qəbul edir.
Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın ekspansionist ambisiyalarını və onun əsassız, məntiqsiz və özbaşına tələblərinə güc tətbiq və güc tətbiq etmək təhdidi ilə nail olmaq qəbuledilməz siyasətini məhdudlaşdırmaq üçün aydın addımlar atmağa çağırırıq”.