Türkiyə prezidenti Bakıya səfərə gedir, məncə, o günlərdə onların xarici işlər naziri ölkədən çıxa bilməzdi. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün təxirə salınmasına toxunan “Mülki müqvilə” fraksiyasının deputatı Arman Yeğoyan Parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə belə deyib.
Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məqsədilə iyunun 12-də ABŞ-ın paytaxtı Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulan görüş Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb.