İsveç hökuməti Türkiyənin tələb etdiyi şəxsin bu ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
"SVT Nhyeter" xəbər verir ki, ekstradisiya ilə bağlı qərar bu gün hökumətin növbədənkənar iclasında verilib.
Ədliyyə Nazirliyindən bildirilib ki, ekstradisiya olunacaq şəxs 45 yaşlı Əşrəf Əhməddir. Həmin şəxs 2013-cü ildə Türkiyədə narkotik cinayətlərinə görə məhkum edilib.