İyunun 9-da Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Vladimir Putin görüşdə deyib ki, regional məsələlər, və ikitərəfli münasibətlərdən danışmaq niyyətindədir, “biz bu barədə Moskvada əvvəlki görüşdə də ətraflı danışmışdıq”.
Öz növbəsində Paşinyan Dağlıq Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasında vəziyyəti müzakirə etmək niyyətində olduğunu vurğulayıb.
“Təəssüf ki, orada humanitar vəziyyət gərgin olaraq qalır. Bir neçə aydır ki, Dağlıq Qarabağda qaz və işıq yoxdur.
Laçın dəhlizində vəziyyət kifayət qədər gərgin olaraq qalır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, indi Dağlıq Qarabağa ərzaq çatdırılması Rusiya sülhməramlılarının köməyi ilə həyata keçirilir və bu, məhdud miqdarda ərzaqdır. Ümumiyyətlə, Dağlıq Qarabağda humanitar böhran davam edir və bu da çox vacib məsələdir. Əminəm ki, bu gün bunu müzakirə edəcəyik”,-Paşinyan vurğulayıb.