“ABŞ Rusiyanı Azərbaycan-Ermənistan arasında sülh prosesindən sıxışdırmağı qarşısına məqsəd qoyub”.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Məncə, Birləşmiş Ştatlar hər yerdə eyni şeyə nail olmağa çalışır: bir tərəfdən Rusiyanı sıxışdırıb çıxarmaq, digər tərəfdən isə Rusiyanın tərəfdaşı və müttəfiqi olan müstəqil dövlətləri neokolonial üslubda özünə tabe etmək, dostlarımız və qonşularımızla tərəfdaşlığımızın və müttəfiqliyimizin qarşısını almaq. Bu, həmişə ABŞ-nin əsas narahatçılığı olub”, - deyə o bildirib.
XİN rəhbərinin müavini vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Üçtərəfli Bəyanatı əsasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına alternativ yoxdur.
Bununla belə, o, Rusiyanın digər dövlətlərin Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməsinin əleyhinə olmadığını vurğulayıb.