İyunun 8-də səfir Makunts Amerika Dövlətləri Təşkilatının (ADT) baş katibi Luis Almaqro ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Səfir və baş katib Ermənistanla ADT-yə üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Səfir Luis Almaqroya Ermənistanda və regionda hökm sürən təhlükəsizlik vəziyyətini təqdim edib, həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş proseslə bağlı məlumat verib.