İyunun 8-də Ermənistanın TŞ katibi Armen Qriqoryan KTMT-yə üzv ölkələrin TŞ katiblərinin növbəti iclasında çıxış edib. Bu barədə TŞ Aparatından məlumat verilib.
“Təhlükəsizlik Şurasının katibi öz çıxışında regionumuzdakı təhlükəsizlik çağırışlarından danışaraq qeyd edib ki, Azərbaycan güc tətbiq etmək və ya güc tətbiq etmək hədəsi siyasətini davam etdirir və əvvəllər əldə edilmiş razılaşmaları pozmağa çalışır. Bütün bunlara baxmayaraq, Azərbaycan təkcə Ermənistan-Azərbaycan sərhədində deyil, Dağlıq Qarabağda və Laçın dəhlizində də vəziyyəti gərginləşdirməkdə davam edir. Qriqoryan həmçinin qeyd edib ki, Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə təcavüzünün tanınmaması faktı və bunu Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin həyata keçirilməməsi ilə əlaqələndirmək cəhdi əsassızdır.
Katib Qriqoryan həmkarlarını Dağlıq Qarabağdakı vəziyyətə aydın və məqsədyönlü qiymət verməyə və Dağlıq Qarabağda yaşayan 120 min erməninin etnik təmizləməyə məruz qalmaması üçün təsirli addımlar atmağa çağırıb. Bu kontekstdə Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq mexanizmin yaradılması Ermənistan üçün prioritet olaraq qalır”, - deyə müraciətdə bildirilir.