İyunun 19-23-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçiriləcək yay sessiyasında Laçin dəhlizindən azad və təhlükəsiz gediş-gəlişin təmin edilməsi ilə bağlı təcili müzakirələrin aparılması təklif olunub.
AŞPA-nın mətbuat xidməti bildirib ki, Ukraynadakı müharibənin siyasi nəticələri və Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakı məsələləri ilə bağlı təcili birgə müzakirə olacaq.