ABŞ-ın Ermənistandakı səfiri Kristina Qvin Syunik bölgəsinə səfəri zamanı yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri və sakinlərlə görüşüb. Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi bildirdi.
“Səfir Teğ icmasına da baş çəkib və burada sərhəddəki gərgin vəziyyətin birbaşa şahidi olub. Hər kəs davamlı və ədalətli sülh gətirəcək təhlükəsizliyə layiqdir”, - deyə bildirilib.