MDB sərhəd xidmətlərinin növbəti iclası Ermənistanda keçiriləcək.
Bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.
O qeyd edib ki, növbəti iclas bu ilin ikinci yarısında, təxminən oktyabrda Yerevanda keçiriləcək.
Onun sözlərincə, tədbirə hazırlıq işləri artıq başlayıb.