Ermənistanla Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün faydalı olmalıdır.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə bildirdi.
"Münaqişənin həlli üçün səbir və davamlı cəhdlər lazımdır", - Lukaşenko əlavə edib.
O vurğulayıb ki, KTMT ərazisində münaqişələrə, xüsusilə də silahlı toqquşmalara son qoymaq lazımdır.