Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
Mirzoyan Fidanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Tərəflər iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.